QR CodeQR Code

İngilis tələbə: Gələcək heç nə vəd etmir

16 Jul 2011 13:17

IslamTimes - Qərb ölkələrində, o cümlədən Britaniyada günbəgün artan iqtisadi və ictimai problemlər gəncliyi gələcəyə münasibətdə bədbinləşdirmişdir. Endro Lan adlı tələbə ilə müsahibə qaranlıq nöqtələri işıqlandırır. Bu tələbə dövlət büdcəsindən yardımların kəsilməsinə qarşı nümayişlərin fəal iştirakçısıdır. O qeyri-rəsmi tələbə təşkilatlarından birinə başçılıq edir. Rəsmi təşkilatların fəaliyyət imkanları yoxdur.


IslamTimes: Dövlətin büdcədən təhsilə ayırdığı məbləğin azaldılması sizə necə təsir edir?

Endro: Məni gələcək narahat edir. Kollecdə qala biləcəyəmmi? Hələ ki məlum deyil. Bu məsələ mənim universitetə olan həvəsimi aradan qaldırıb. Mən valideynlərimlə yaşayıram. Onlar da maddi ehtiyacları təmin etmək gücündə deyil. Bilmirəm qarşıda bizi nə gözləyir. İşıq, qaz ödənişləri artmaqdadır.

IslamTimes: Başqa tələbələr də gələcəyə münasibətdə bədbindirmi?

Endro: Şübhəsiz. Mən gigiyena və ictimai himayə ixtisasında təhsil alan tələbə qızla söhbət etdim. O da gələcəyə münasibətdə ümidsizdir. Hətta universitetə işləyən pulsuz nəqliyyat ixtisara gedir. Ölkədə hakim olan işsizlik artıq dözülməz həddə çatıb. Bu çox dözülməzdir.

IslamTimes: Bəs təhsil xərclərini necə ödəmək fikrindəsiniz?

Endro: Əvvəlki vəziyyəti qorumağa çalışmaq lazımdır. Amma bu bəs etmir. Güzəştlərdən hədə olaraq istifadə edirlər. Dərsə yubanan, nümayişlərə qatıldığı üçün auditoriyada olmayan tələbə sərt münasibətlə üzləşir.

IslamTimes: Söylənilir ki, tələbələrə öz oxuduqları barədə sual ünvanlamaq icazəsi verilmir. Bu doğrudurmu?

Endro: Bəli. Məsələn, psixologiya dərsində bizə öyrədirlər ki, ağlardan olan fəhlə sinfi sosial baxımdan müdafiə olunur. Hansı ki, fəhlə sinfi ağlardan ibarət deyil. Bir çox tələbələr bu barədə sual verir, amma cavab ala bilmir. Nəticədə tələbələr dərsdən qovulur, təqaüddən məhrum edilir.

IslamTimes: Sizin təcrübələrinizə əsasən, etiraz nümayişlərinin hər hansı nəticəsi varmı?

Endro: Müxtəlif peşə sahibləri bu problemlə məşğuldur. Onlar həmkarlıq edəcəkləri qrup yaradıb, mübarizədə bir-birlərinə arxa dayanırlar.

IslamTimes: İnsanları bu məsələ ilə necə maraqlandırırsınız?

Endro: Yalnız küçələri dolaşır, insanlarla söhbət edirik. Onların bir çoxu təzyiqlərdən qorxaraq, bizim EMA-da iştirak etməkdən çəkinirlər. Onlar elə düşünürlər ki, biz 100 funt yay təqaüdünü alırıq. Hansı ki, bu təqaüd ötən il kəsilib. Biz kollecin yataqxanalarını gəzib vərəqələr yayır, tələbə və işçilərlə söhbət edirik.

IslamTimes: Sizin “Tələbə İttifqı” yaratmaqda məqsədiniz nədir?

Endro: Bu məsələ o zaman aktuallaşdı ki, aramızdan bəziləri büdcə yardımlarının kəsilməsinə qarşı etirazlara qarşı qoşuldular. Onların əksəri fəhlələr və sosialistlərdir. Düşünürəm ki, bu gün müşahidəçi mövqeyi tutmuş SWP bir zaman bizimlə razılaşırdı. Onlar düşünürlər ki, bütün tələbələr başlanğıc mərhələdə olanlardır. Hansı ki, əksərimiz diplom almışıq, ikinci mərhələ imtahanlardan keçirik. Yuxarı kursda olan tələbələr əlavə imtahanlar verirlər. Düşünürəm ki, bizə görə kimsə narahat deyil.

IslamTimes: Yeni tələbə təşkilatının hansı proqramları var?

Endro: Biz hazırda təqaüdlərin azaldılmasına qarşı çıxırıq. Amma əsas məqsədimiz təhsildə islahatlardır. Biz hörmət gözləyirik. Bizimlə zərər verici ünsür kimi rəftar edirlər.

IslamTimes: Hazırda mövcud olan rəsmi tələbə təşkilatı nə iş görür?

Endro: Həmin təşkilatdan olan bəziləri mənə rəhbər vəzifə vermək istəyirdilər. Başa düşdüm ki, məqsədləri məni susdurmaqdır. Əgər həmin təklifi qəbul etsəydim, bugünki fəaliyyətlərimi dayandırmalı idim. Həm də təhlükəsizlik orqanlarının məni nəzarətə götürdüyünü hiss etdim.

IslamTimes: Hazırda xalqı hansı fəaliyyətlərə dəvət edirsiniz?

Endro: Biz kollecdən kənarda fəhlə təşkilatları ilə söhbət aparırıq. Çünki özümüz gələcəyin fəhlələriyik və təşkilatımızı müdafiə etməliyik. Bu körpülərin yaradılmasını müzakirə edirik. Xüsusi qruplar vasitəsi ilə insanları etiraz nümayişlərinə qatmağa çalışırıq. Bizimlə razılaşmayanalar da tapıla bilər. Amma düşünmürəm ki, müxaliflərimiz bir iş görə bilsin. Eyni zamanda danışmağa cürəti olmayan tələbələri müvəffəqiyyətə inandırmağa çalışırıq. Bizim bərabərlik hüququmuz olsa da, hazırkı rəftarlar başqa söz deyir. Biz insanları öz fikirlərini azad bildirməyə həvəsləndiririk.


Story Code: 85381

News Link :
https://www.islamtimes.org/az/interview/85381/ingilis-tələbə-gələcək-heç-nə-vəd-etmir

Islam Times
  https://www.islamtimes.org