0
Saturday 1 June 2019 - 08:16

Bakıda "Qarabağı və Qüdsü unutma! – İşğal olunmuş torpaqlarla həmrəylik" mövzusunda konfrans keçirildi

Story Code : 797351
Bakıda "Qarabağı və Qüdsü unutma! – İşğal olunmuş torpaqlarla həmrəylik" mövzusunda konfrans keçirildi

Azərbaycanımızda da bu tarixin qeyd edilməsi – artıq ictimaiyyətdə oturuşmuş bir ənənə xarakteri alıb. Erməni faşistlərinin tapdağı altında Qarabağı inləyən bir millətə, sionizmin onminlərlə qurban hesabına zəbt etdiyi, bütün dünya müsəlmanlarının and yeri, ilk qibləsi olan Qüdslə bağlı hisslər çox tanışdır.
 
Bu münasibətlə "Qarabağı və Qüdsü unutma! – İşğal olunmuş torpaqlarla həmrəylik" mövzusunda konfrans keçirilmişdir. Ənənəvi olaraq, tədbir Qurani-Kərimin tilavəti ilə, daha sonra Dövlət Himnimizin səsləndirilməsi ilə başlamışdır.
 
Daha sonra tədbiri giriş sözü ilə açan DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədrİ, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu Qüds gününün bir sıra xüsusiyyətlərinə toxunub. Hacı İlqar bu günün İslam günü olmasına diqqət çəkərək, Qüds gününün yaşadılmasının özündə əslində bütün İslamın yaşadılmasını ehtiva etdiyini bildirib. Hacı İlqar eyni zamanda Qüds ətrafında qurulmuş yeni məkrli planlar barədə danışıb.
 
Çıxış edən A.Əzizov “Əfqanıstan və Mərkəzi Asiya regionunda “Taliban” düyününü necə açmaq olar?” mövzusunda danışaraq, bu regionda düşmənlərin İslam dünyasına qarşı planlarından danışıb.
 
Çıxış edən Ü.Bədəl "İşğal olunmuş ərazilərlə həmrəylik baxımından gəncliyin rolu" mövzusunda çıxış edib, gəncliyin bu mövzuda üzərinə düşən vəzifə və öhdəliklərdən söz açıb.
 
Növbəti çıxışçı A.İsmayılov “Hegemon qüvvələrin İŞİD və digər terror qruplaşmaları ilə bağlı destruktiv planları nəyə yönəlib?” mövzusunda danışıb, bu mövzunun İslam ümmətinin başını qatmaq üçün ən ciddi planlardan olduğuna işarə edib.
 
Növbəti çıxış edən G.Şadlı “Qarabağ və Qüds probleminin həllində ibadi-məfkurəvi xətt” mövuzusunda danışıb, münaqişə ilə bağlı dünya güclərinin siyasi oyunlarından bəhs edib.
 
Növbəti çıxışçı İ.Allahverdiyev  “Qarabağ və Qüds problemlərinin konseptual həllərinə geopolitik prizmadan baxış” mövzusunda danışıb.
 
Növbəti çıxışçı K.Əli “Bəhreyn və Qətif fenomenlərinin oyanış tendensiyalarının perspektivləri” mövzusunda danışaraq,Yaxın Şərqdə oyanış dalğasından söz açıb.
 
İkinci paneldə çıxış və təhlillər davam etdi.
 
Çıxışçı İ.Sadıqlı “Tramp administrasiyasının Qüds təxribatı nəyə xidmət edir?” mövzusunda danışıb.
 
Digər çıxışçı N.Hacıli  “Ümmətçilik məfkurəsinin inkişafı üçün zəruri və kafi şərtlər" mövzusundan bəhs edib.
 
Çıxışçı M.Allahverdi “Ərəb baharı”ndan sonra hegemon qüvvələrin revanşı baş tutacaqmı?” mövzusunda danışıb.
 
Növbəti çıxışçı  K.Muhəmməd “Kəşmir böhranında qlobal-imperialist bünövrə və bugünkü düyün” mövzusunda təhlillərini iştirakçılsarın diqqətinə çatdırdı.
 
Məruzəçi M.Həmzəli “Daşnak-sionist-irqçı layihələrinin coğrafiyası hansı səbəblərdən genişləndi?” mövzusunda maraqlı faktlara toxundu və əlamətdar nöqtələrə işarə etdi.
 
Tədbir cəmlə "Fərəc" duasının oxunması ilə yekunlaşdı.
 
/Deyerler.org/
 
Source : Deyerler
Tagged
qüds
Comment