QR CodeQR Code

Bloomberg: Putin Si Tsinpin ilə danışıqlar vasitəsilə Qərbə mesaj göndərib

20 Jun 2022 21:18

İslamTimes: Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Tsinpin ilə danışıqlarda Qərbə mesajı şifrələyib.


SalamNews "TASS"a istinadən xəbər verir ki, bu barədə professor Minsin Peyin "Bloomberg" üçün yazdığı məqalədə deyilir.

"2013-cü ildən bəri 38 dəfə görüşən Putin və Tsinpin nin yaxın dost olduqları bildirilir. Onların telefon danışığı Çin liderinin ad gününə təsadüf etsə də, həm də Qərbə mesaj göndərmək üçün təşkil edilib", deyə məqalədə bildirilir.

Ekspertin fikrincə, bu gün Moskva və Pekin etibarlı müttəfiqlərdir, bu da əsasən Putinlə Si Tsinpinin şəxsi yaxın münasibətinə bağlıdır.

İyunun 15-də Vladimir Putin və Si Tsinpin arasında telefon danışığı olub.

Söhbət zamanı Çin lideri rusiyalı həmkarına bildirib ki, Pekin və Moskva arasında münasibətlər, dünyada qlobal dəyişikliklərə baxmayaraq, yaxşı inkişaf tempini qoruyur.

Rusiya və Çin Qərbin qeyri-qanuni sanksiyalar siyasəti fonunda enerji, maliyyə və sənaye sektorlarında əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

 


Story Code: 1000238

News Link :
https://www.islamtimes.org/az/news/1000238/bloomberg-putin-si-tsinpin-ilə-danışıqlar-vasitəsilə-qərbə-mesaj-göndərib

Islam Times
  https://www.islamtimes.org