0
Monday 20 June 2022 - 22:01

Çin: Assanc Qərbin azadlıqla bağlı ikiüzlülüyünün güzgüsüdür

Story Code : 1000261
Çin: Assanc Qərbin azadlıqla bağlı ikiüzlülüyünün güzgüsüdür
Böyük Britaniya daxili işlər naziri Preti Patel “WikiLeaks”in yaradıcısı, jurnalist Culian Assancın casusluq ittihamı ilə mühakimə olunmaq üçün Birləşmiş Ştatlara ekstradisiya edilməsi barədə qərar verib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bazar ertəsi mətbuat konfransında deyib:

"Culian Assanc tərəfindən qurulan WikiLeaks ABŞ-ın Əfqanıstan və İraqdakı müharibələri (cinayətləri) ilə bağlı çoxlu sənədlər dərc edib və CIA-nın haker əməliyyatları ilə bağlı faktları açıqlayıb”.

O əlavə edib:

“Son on il ərzində ABŞ hökuməti zorlama, casusluq, kompüterdən sui-istifadə və telefon dinləmələri kimi müxtəlif ittihamlarla bir hədəfi izləyib. Onlar yalnız Assancı həbs etmək ardıncadırlar”.