0
Monday 20 June 2022 - 23:36

İsrailin koalisiya hökuməti dağılmaq ərəfəsində

Story Code : 1000272
İsrailin koalisiya hökuməti dağılmaq ərəfəsində
Müvəqqəti sionist rejimin baş naziri Naftali Bennet və xarici işlər naziri Yair Lapid Knessetin (parlamentin) buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə razılığa gəliblər.

"Haaretz" qəzeti xəbər verir ki, Naftali Bennet və Yair Lapid gələn həftə Knessetin buraxılması ilə bağlı səsvermə keçirilməsi barədə qərar veriblər. Səsvermənin nəticəsindən asılı olaraq Lapid İsrailin növbəti müvəqqəti baş naziri ola bilər.

İsrailin baş naziri və xarici işlər naziri birgə bəyanatda bildiriblər ki, bir il əvvəl yaradılan koalisiyalarını böhrandan çıxarmaq üçün bütün vasitələrə əl atıblar.

Bəyanatda deyilir:

“Koalisiya daxilində sabitlik bərqərar olunması üçün bütün vasitələrə əl atıldı, sonra Naftali Bennet və Yair Lapid gələn həftə Knesseti buraxmaq planı hazırlamağa qərar verdilər..."