QR CodeQR Code

AB-nin səfiri də Rusiya XİN-ə çağırıldı

21 Jun 2022 08:01

İslamTimes: Avropa Birliyinin Rusiyadakı səfiri Markus Ederer Litva ərazisindən tranzitlə bağlı məhdudiyyətlər səbəbilə Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib.


Axar.az xəbər verir ki, bunu Rusiyanın Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov deyib.

“Burada, əlbəttə ki, diplomatiya yolu ilə həll edilə bilən bir vəziyyət var. Bildiyimə görə, sabah AB-nin Rusiyadakı səfiri Markus Ederer Smolenkada Xarici İşlər Nazirliyinə çağırılacaq və ona müvafiq şərtlər irəli sürüləcək”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Litvanın Moskvadakı müvəqqəti işlər vəkili Virciniya Umbrasene Rusiya Xarici İşlər Nazirliyinə çağırılmış və ona xəbərdarlıq edilmişdi.


Story Code: 1000323

News Link :
https://www.islamtimes.org/az/news/1000323/ab-nin-səfiri-də-rusiya-xin-ə-çağırıldı

Islam Times
  https://www.islamtimes.org