QR CodeQR Code

İran Fordo nüvə obyektində uranın zənginləşdirilməsi işini artırır

21 Jun 2022 09:15

İslamTimes: İran Fordo nüvə obyektində yeni nəsil sentrfuqa cihazları qurşadırmaq və burada uranın zənginləşdirilməsini işini artırmaq istəyir.


SalamNews xəbər verir ki, Reuters bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyindən əldə etdiyi sənədə əsasən məlumat yaydığını bildirib.

Mənbə bildirib ki, İran özü bu barədə BAEA-nə məlumat verib və Fordo nüvə obyektində İR-6 sentrifuqa cihazları vasitəsilə uranın zənginləşdirilməsi işinin artırılmasından xəbər verib.

Əlavə edilib ki, İR-6 kimi sentrifuqa cihazları uranın zənginləşdirilməsi dərəcəsini tez bir zamanda əvəzləyə və artıra bilən qurğulardır.

Reuters bildirib ki, BAEA burada uranın hansı dərəcədə zənginləşdirilməsi barədə məlumatlı deyil.

Qeyd edək ki, nüvə sazişinə əsasən İran burada uranın zənginləşdirilməsi işini dayandırmalıdır. Lakin ABŞ-ın sazişdən çıxması və İrana sərt sanksiyalara başlamasından sonra İran da cavab olaraq buradakı işini 20 faizə çatdırıb. Bu obyektin yerin 90 metr dərinliyində yerləşir.

Əlavə edək ki, İran İsfahan əyalətində yerləşən Nətənz nüvə obyektində uranı 60 dərəcədə zənginləşdirir.


Story Code: 1000330

News Link :
https://www.islamtimes.org/az/news/1000330/iran-fordo-nüvə-obyektində-uranın-zənginləşdirilməsi-işini-artırır

Islam Times
  https://www.islamtimes.org