QR CodeQR Code

Aliməqamlı Rəhbər: İran köçəriləri millətin ən sadiq təbəqələrindəndir

21 Jun 2022 20:00

İslamTimes: İslam İnqilabının Aliməqam Rəhbəri bu gün Milli Köçəri Şəhidləri Konqresinin rəsmiləri ilə görüşüblər.


SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahül-üzma Xamenei bu görüşdə köçərilərin müasir tarixdə və son iki-üç əsrin tarixində əcnəbilərin saysız-hesabsız  cəhdləri qarşısında dayanmalarına işarə edərək, deyiblər: Əcnəbilər köçəri xalqın içinə soxularaq onları müxtəlif yollarla - məsələn, ölkəni parçalamaqla, vətəndaş müharibələri aparmaqla və hər cür şeylərlə öz ölkəsinə xəyanət etməyə sövq etməyə çalışırdılar. Lakin onları istədikləri istiqamətə çəkə bilmədilər. Buna görə də, Köçərilər İran xalqının  “ən sadiq”qruplarıdırlar.

O, inqilab və müqəddəs müdafiə zamanı köçərilərin fədakarlığını onların sədaqətinin növbəti təzahürü hesab edərək qeyd ediblər:  Xalqın, o cümlədən köçərilərin birliyinin, tərəqqisinin və fədakarlığının əsas amili “din” amilidir. Hansı ki,  böyük İmam bu amildən faydalanaraq bu böyük İnqilabı həyata keçirə və onun qələbə qazanmasına kömək edə bildi. İnqilabın qələbəsindən sonra da bu amilin köməyi ilə ölkəni qoruyub saxlaya bildi.

 


Story Code: 1000395

News Link :
https://www.islamtimes.org/az/news/1000395/aliməqamlı-rəhbər-iran-köçəriləri-millətin-ən-sadiq-təbəqələrindəndir

Islam Times
  https://www.islamtimes.org