0
Wednesday 22 June 2022 - 07:34

Makrondan: “Bunu Türkiyədən istəyəcəyəm”

Story Code : 1000478
Makrondan: “Bunu Türkiyədən istəyəcəyəm”
Teleqraf.com xəbər verir ki, bu iki ölkənin NATO-ya üzvlüyünü dəstəkləyən Fransa Prezidenti Emmanuel Makron Türkiyəni mövqeyindən çəkilməyə məcbur etməyə çalışaraq, Ankaranın ünvanına təkəbbürlü açıqlamalar verməkdə davam edir.

Belə açıqlamalardan birini də NATO baş katibi Yens Stoltenberqlə görüşündə verib. Makron görüşdə Türkiyədən İsveç və Finlandiyanın üzvlüyə qəbulu ilə bağlı mövqeyini aydınlaşdırmasını istəyəcəyini bildirib.

Görüşlə bağlı Yelisey sarayının açıqlamasında Makronun Ukrayna müharibəsindən sonra NATO-ya üzvlük üçün müraciət edən iki ölkənin üzvlüyünə dəstəyini bir daha təkrarladığı deyilib.