QR CodeQR Code

Makrondan: “Bunu Türkiyədən istəyəcəyəm”

22 Jun 2022 07:34

İslamTimes: NATO ölkələri Türkiyənin açıq mövqeyinə qarşı Ankara ilə təmasları sıxlaşdıraraq, İsveç və Finlandiyanı alyansa daxil etmək üçün böyük səylər göstərirlər.


Teleqraf.com xəbər verir ki, bu iki ölkənin NATO-ya üzvlüyünü dəstəkləyən Fransa Prezidenti Emmanuel Makron Türkiyəni mövqeyindən çəkilməyə məcbur etməyə çalışaraq, Ankaranın ünvanına təkəbbürlü açıqlamalar verməkdə davam edir.

Belə açıqlamalardan birini də NATO baş katibi Yens Stoltenberqlə görüşündə verib. Makron görüşdə Türkiyədən İsveç və Finlandiyanın üzvlüyə qəbulu ilə bağlı mövqeyini aydınlaşdırmasını istəyəcəyini bildirib.

Görüşlə bağlı Yelisey sarayının açıqlamasında Makronun Ukrayna müharibəsindən sonra NATO-ya üzvlük üçün müraciət edən iki ölkənin üzvlüyünə dəstəyini bir daha təkrarladığı deyilib.


Story Code: 1000478

News Link :
https://www.islamtimes.org/az/news/1000478/makrondan-bunu-türkiyədən-istəyəcəyəm

Islam Times
  https://www.islamtimes.org