0
Wednesday 22 June 2022 - 09:28

HƏMAS Suriya hökuməti ilə əlaqələrini tam bərpa edib

Story Code : 1000483
HƏMAS Suriya hökuməti ilə əlaqələrini tam bərpa edib
SalamNews xəbər verir ki, bu barədə HƏMAS –ın yüksək rütbəli bir rəsmisi FransPress-ə açıqlama verib.

Mənbə bildirib ki, hərəkat Suriya hökuməti ilə münasibətlərini öncə olduğu kimi yaxşılaşdırıb və əlaqələr tam olaraq bərpa edilib.

Bu arada HƏMAS-ın Siyasi Bürosunun sədri İsmail Həniyyə ötən gün Beyruta gedib. O burada Fələstin və Livan hərəkatlarının nümayəndələri ilə, eləcə də Livan hökumətinin rəsmilərilə görüşəcək.

Qeyd edək ki, HƏMAS 2012-ci ildə daxili müharibəyə görə Qətərin, Türkiyənin, Səudiyyə Ərəbistanı, Misir və digər ərəb dövlətlərinin təzyiqi ilə Dəməşqdəki ofisini bağlamış və buranı tərk etmişdi.iriblər.