0
Wednesday 22 June 2022 - 09:46

"Rusiya Amerika hərbçilərini edam edə bilər"

Story Code : 1000484
"Rusiya Amerika hərbçilərini edam edə bilər"
Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun Ukrayna müharibəsi zamanı saxlanılan amerikalı döyüşçülərin Cenevrə konvensiyalarına daxil edilməyəcəyi ilə bağlı açıqlamaları Ağ Evi təşvişə salıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi çərşənbə axşamı Rusiya tərəfindən saxlanılan amerikalı hərbçilərin edam olunması ehtimalı barədə narahatlığını bildirib.

Sputnik xəbər verir ki, Kirbi Ağ Evdə keçirdiyi mətbuat konfransında Ukrayna müharibəsi zamanı saxlanılan iki amerikalı döyüşçü ilə bağlı sualı cavablandırıb:
“Birincisi, biz hələ də bu iki şəxs haqqında daha çox məlumat əldə etməyə çalışırıq, ikincisi, Rusiya hökuməti rəsmisinin Ukraynada olan Amerika vətəndaşları üçün ölüm cəzasını mümkün sayması belə dəhşətlidir”.