0
Wednesday 22 June 2022 - 06:56

Sionist rejim vətəndaşı soyuq silahla gənc fələstinlini qətlə yetirdi

Story Code : 1000488
Sionist rejim vətəndaşı soyuq silahla gənc fələstinlini qətlə yetirdi
Fələstinin Səhiyyə Nazirliyi çərşənbə axşamı günü İordan çayının qərb sahilində Sələfit məntəqəsində bir fələstinli gəncin işğal olunmuş Fələstin torpaqlarında qanunsuz şəkildə məskunlaşmış sionist mühacirlər tərəfindən hücuma məruz qaldığını açıqlayıb.

Fələstinin Səma xəbər agentliyinin məlumatına görə, gənc fələstinli Əli Həsən Hərb sionist mühacirlər tərəfindən ürəyindən bıçaqlanaraq şəhadətə çatıb.

Əl-Cəzirə telekanalının məlumatına görə, Fələstin Muxtariyyətinin rəhbəri də qanunsuz inşa edilmiş sionist qəsəbəsində baş verən bu vəhşiliyi pisləyib.