0
Wednesday 22 June 2022 - 11:38

Sionist rejim ordusunda intihar böhranı

Story Code : 1000511
Sionist rejim ordusunda intihar böhranı
Sionist rejim KİV-nin məlumatına görə, bu il (2022-ci ildə) sionist rejim ordusunun hərbçiləri arasında intiharların sayı kəskin şəkildə artıb. Belə ki, bu ilin əvvəlindən (6 ay ərzində) 11 sionist əsgər intihar edib.

Məlumata görə, bu qorxunc statistika elə bir halda qeydə alınıb ki, bütün ötən il (2021-ci il) ərzində İsraildə 11 əsgər, 2020-ci ildə isə 9 sionist əsgər intihar etmişdi.

İntihar hallarının artmasının ardından İsrail ordusunun rəsmiləri bu rejimin psixi sağlamlıq sahəsində məsul şəxsləri ilə təcili görüşlər keçirib.
Hazırda sionist hərbçilər arasında intiharların qorxuducu şəkildə artmasının səbəbləri araşdırılır.

Knesset Araşdırma Mərkəzinin (Sionist Parlament) rəsmi statistikası göstərir ki, sionist rejimdə hər il 500 intihar hadisəsi qeydə alınır ki, onlardan 100-ü rejimin gənc nəsli (15-24 yaş) arasındadır.