0
Thursday 23 June 2022 - 09:18

Lavrov bu gün Azərbaycana gəlir

Story Code : 1000687
Lavrov bu gün Azərbaycana gəlir
Modern.az-ın məlumatına görə, nazirin Bakıya səfəri iki gün davam edəcək. Lavrov səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Ceyhun Bayramovla görüşəcək.

Rusiya XİN-dən bildirilib ki, görüşlərdə 22 fevral 2022-ci il tarixində Moskvada imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə müzakirə olunacaq. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsi üçün səylər diqqətə çatdırılacaq.