0
Thursday 23 June 2022 - 23:36

Sionist rejim xarici işlər nazirinin Ankarada İrana qarşı boşboğazlığı

Story Code : 1000782
Sionist rejim xarici işlər nazirinin Ankarada İrana qarşı boşboğazlığı
İşğalçı İsrailin xarici işlər naziri Yair Lapid Türkiyəyə səfəri və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündən sonra mətbuat konfransında iştirak edib.

Türkiyənin xarici işlər naziri sionist həmkarı ilə görüşündə bildirib ki, o, Türkiyə ilə müvəqqəti sionist rejimi arasında ikitərəfli əlaqələrin genişləndirilməsini istəyir.

Əl-Ərəbiyyə xəbər şəbəkəsi Çavuşoğluya istinadən yazıb ki, Türkiyə sionist rejimlə diplomatik əlaqələri səfirliklər səviyyəsinə qaldırmaq niyyətindədir.

Türkiyənin xarici işlər naziri Ankaranın sionist vətəndaşlara qarşı təhdidlə bağlı işğalçı İsraillə əlaqə saxladığını və təhlükəsizlik məsələlərində bu rejimlə əməkdaşlıq edəcəyini açıqlayıb.