0
Friday 24 June 2022 - 00:04

Əl-Husi Səudiyyə koalisiyasına xəbərdarlıq etdi: Daha ağrılı zərbələrə məruz qalacaqsınız!

Story Code : 1000784
Əl-Husi Səudiyyə koalisiyasına xəbərdarlıq etdi: Daha ağrılı zərbələrə məruz qalacaqsınız!
Əl-Husi bir sıra yəmənli komandirlərin məzuniyyət mərasimində deyib: "Ordu komandirləri də silahlı qüvvələrin, xalq komitələrinin və təhlükəsizlik qüvvələrinin digər qəhrəmanları kimi düşmənlərin fitnələrinə qarşı möhkəm qaladırlar."

Əl-Məsirə xəbər şəbəkəsi Yəmən rəsmisinə istinadən yazıb: "Bu gün Yəmənə qarşı beynəlxalq fitnəkarlıq, çirkin planlar təkcə bu ölkənin ərazisi ilə məhdudlaşmır, bütün İslam ümmətini hədəf alır."

O, həmçinin təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasına daxil olan ölkələrə xəbərdarlıq edib: "Ölkəmizi işğal edənlərə deyirik ki, siz nə qədər ölkəmizi işğal etməyə, millətimizi mühasirədə saxlamağa davam etsəniz, bir o qədər ağır, böyük, ağrılı cavab alacaqsınız!"