QR CodeQR Code

Əl-Husi Səudiyyə koalisiyasına xəbərdarlıq etdi: Daha ağrılı zərbələrə məruz qalacaqsınız!

إسلام تايمز , 24 Jun 2022 00:04

İslamTimes: Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi cümə axşamı günü vurğulayıb ki, Yəmən silahlı qüvvələri zalım düşmənin qarşısını alacaq.


Əl-Husi bir sıra yəmənli komandirlərin məzuniyyət mərasimində deyib: "Ordu komandirləri də silahlı qüvvələrin, xalq komitələrinin və təhlükəsizlik qüvvələrinin digər qəhrəmanları kimi düşmənlərin fitnələrinə qarşı möhkəm qaladırlar."

Əl-Məsirə xəbər şəbəkəsi Yəmən rəsmisinə istinadən yazıb: "Bu gün Yəmənə qarşı beynəlxalq fitnəkarlıq, çirkin planlar təkcə bu ölkənin ərazisi ilə məhdudlaşmır, bütün İslam ümmətini hədəf alır."

O, həmçinin təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasına daxil olan ölkələrə xəbərdarlıq edib: "Ölkəmizi işğal edənlərə deyirik ki, siz nə qədər ölkəmizi işğal etməyə, millətimizi mühasirədə saxlamağa davam etsəniz, bir o qədər ağır, böyük, ağrılı cavab alacaqsınız!"


Story Code: 1000784

News Link :
https://www.islamtimes.org/az/news/1000784/əl-husi-səudiyyə-koalisiyasına-xəbərdarlıq-etdi-daha-ağrılı-zərbələrə-məruz-qalacaqsınız

Islam Times
  https://www.islamtimes.org