0
Saturday 25 June 2022 - 08:50

Son suktada İsrail qüvvələri ilə toqquşmada bir fələstinli həlak olub, yüzdən çox xəsarət alıb

Story Code : 1001023
Son suktada İsrail qüvvələri ilə toqquşmada bir fələstinli həlak olub, yüzdən çox xəsarət alıb
SalamNews Fələstin Media Mərkəzinə istinadən xəbər verir ki, İsrail qüvvələri şimal bölgələrində xüsusilə də Nablusun kəndləri və Kəfar-Qadumda fələstinlilərin aksiyasına müdaxilə edib.

İşğal və müsadirə edilmiş ərazilərdə yəhudi yaşayış massivlərinin salınmasına etiraz edən fələstinlilərin aksiyalarına müdaxilə nəticəsində 130 nəfər müxtəlif dərəcələrdə xəsarət alıb.

Ramallahın şərqində isə bir fələstinli gənc ötən gecə başından aldığı güllə yarası nəticəsində bu gün sübh vəfat edib.

Qeyd edək ki, işğal altında olan İordan çayının Qərb sahilində indiyə qədər İsrail tərəfindən 288 qəsəbə və digər növ yaşayış massivləri salınıb. Burada təqribən 700 minə yaxın İsrail vətəndaşı məskunlaşdırılıb.