0
Saturday 25 June 2022 - 09:15

İsraildə minlərlə insanın iştirakı ilə LGBT üzvlərinə dəstək aksiyası keçirilib

Story Code : 1001025
İsraildə minlərlə insanın iştirakı ilə LGBT üzvlərinə dəstək aksiyası keçirilib
SalamNews İsrail mətbuatına istinadən xəbər verir ki, ölkədə 15-ci il ardıcıl olaraq, bu gün LGBT və homoseksuallara dəstək aksiyası izdihamlı şəkildə keçirilib.

İsrailin “13-cü Telekanalı” Hayfa şəhərində aksiyanın keçiriləcəyi və aksiyaçıların toplantısı və yürüşünün baş tutacağı meydan və küçələrin adını açıqlayıb. Telekanal bildirib ki, bu elan bağlanacaq xiyaban və meydanlara görə yol hərəkəti və nəqliyyatda məhdudiyyətlərin ola biləcəyinə görədir.

İsrail polisi bu aksiyanın keçirilməsini təmin etmək üçün minlərlə üzvünü səfərbər etdiyini açıqlayıb.