0
Saturday 25 June 2022 - 09:33

16 yaşlı müsəlman yeniyetmə sionistlər tərəfindən şəhid edildi

Story Code : 1001037
16 yaşlı müsəlman yeniyetmə sionistlər tərəfindən şəhid edildi
Bu gün səhər (şənbə günü) Ramallahın “Səlvad” şəhərində sionist əsgərlər tərəfindən vurulan fələstinli yeniyetmənin şəhid olduğu bildirilir.

"Maa" xəbər agentliyinin məlumatına görə, ağır yaralanan Abdullah Məhəmməd Həməd sionistlər tərəfindən yaralı olmağına baxmayaraq həbs edilmişdi. Amma qısa müddət sonra yeniyetmə müsəlmanın şəhid olduğu bildirilib.

Bu yaxınlarda Əhməd Səlim Ğanem adlı daha bir fələstinli də İordan çayının qərb sahilində, Nablus şəhərində sionist yaraqlılar tərəfindən güllələnib.

Fələstin mediası ötən cümə günü işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı "Cenin"də sionist hərbçilər tərəfindən 3 fələstinlinin güllələndiyi barədə məlumat yayıb.

Fələstin Səhiyyə Nazirliyi verdiyi açıqlamada şəhidlərin sayının 3 olduğunu bildirib və əlavə edib ki, Cənində daha 8 nəfər sionist hərbçiləri tərəfindən güllələnib.