QR CodeQR Code

The Independent: Ərəbistanda siyasi məhbuslara cinsi təcavüz edilir!

إسلام تايمز , 25 Jun 2022 10:35

İslamTimes: Səudiyyəlilər siyasi məhbuslara işgəncə verir və onlara həbsxanada cinsi təcavüz edir - The Independent


“The Independent” qəzeti cümə günü axşam saatlarında Səudiyyə Ərəbistanında hökumətə müxalif olduqları üçün saxlanılan bir qrup siyasi məhbusun xüsusi amansızlıqlara və cinsi təcavüzə məruz qaldığını bildirib.

"Grant Liberty" İnsan Haqları İnstitutunun araşdırmalarına istinad edən qəzet yazıb ki, Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salmanın dövründə 311 nəfər, siyasi mövqeyinə və dini baxışına görə həbs edilib. İnstitutun tədqiqatçıları 53 məhbusun işgəncəyə məruz qaldığını, daha 6 məhbusun zorlandığını, 14 nəfərin çarəsizlikdən aclıq aksiyası keçirməyə məcbur qaldığını bildiriblər.

Hesabatda Səudiyyə Ərəbistanında 11 qadın hüquq müdafiəçisi və 54 jurnalistin saxlanıldığı da bildirilir.

İnsan Haqları təşkilatı Səudiyyə Ərəbistanını bu ölkədə itkin düşən və formal olaraq mühakimə edilən günahsız insanları azad etməyə çağırıb və bildirib:
“Ayid əl-Ğamdi kimi yaşlı bir ananın sırf oğlu hansısa ölkədən sığınacaq istəyib deyə qeyri-insani davranışa, zorakılığa məruz qalması bütün millətlərdə çirkin və yanlış hesab edilir!”


Story Code: 1001040

News Link :
https://www.islamtimes.org/az/news/1001040/the-independent-ərəbistanda-siyasi-məhbuslara-cinsi-təcavüz-edilir

Islam Times
  https://www.islamtimes.org