0
Saturday 25 June 2022 - 14:48

Britaniya Ukraynaya dəstəkdən imtina edəcəyi təqdirdə Boris Conson istefa verə bilər

Story Code : 1001065
Britaniya Ukraynaya dəstəkdən imtina edəcəyi təqdirdə Boris Conson istefa verə bilər
APA xəbər verir ki, bu barədə Baş nazir Conson BBC radiosunun efirində deyib. Boris Conson liderliyin əxlaqla sıx bağlı olduğuna inandığını qeyd edərək əlavə edib ki, istefa qərarına onun Ukraynaya dəstək məsələsində məğlubiyyəti səbəb ola bilər.

"Əgər mənə desələr ki, Ukrayna məsələsindən əl çəkməliyik, çünki bu məsələ çox mürəkkəbləşib və ukraynalıları dəstəkləmək inflyasiya, iqtisadi zərər baxımından bizə çox baha başa gəlir, o zaman mən çox vacib bir arqumentə qarşı məğlub olduğumu etiraf edər və postdan gedərdim", - deyə Britaniya Baş naziri bildirib.