0
Saturday 25 June 2022 - 15:15

Avropa İttifaqının Ali rəsmisinin İrana səfəri nəticə verib, nüvə danışıqları bərpa edilir

Story Code : 1001068
Avropa İttifaqının Ali rəsmisinin İrana səfəri nəticə verib, nüvə danışıqları bərpa edilir
SalamNews İSNA-a istinadən xəbər verir ki, bu barədə Cozef Borrellə İran XİN rəhbərinin mətbuat konfransında açıqlama verilib.

Aİ-nin Ali rəsmisi ilə aparılan danışıqların uzun sürdüyü və müsbət nəticələrlə yadda qaldığını deyən İran XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan qeyd edib ki, nüvə sazişinin bərpası ilə bağlı Vyana danışıqları tezliklə başlayacaq.

“İndi İran üçün mühüm olan odur ki, 2015-ci ilin sazişinin bütün iqtisadi bəhrəsini əldə edə bilsin. Belə bir zamanda sazişdə İranın iqtisadi baxımdan bəhrələnməsini mənfi təsir altına alan istənilən məsələ İran tərəfindən qəbuledilməzdir. Ümidvarıq ki, Amerika tərəfi reallığı görməklə insaflı şəkildə müzakirələrə qatılsın və sazişlə bağlı danışıqların nəticə verməsi üçün məsuliyyətli davranaraq, öhdəliklərinə əməl etsin”, deyə Abdullahiyan əlavə edib.