0
Saturday 25 June 2022 - 16:04

Şəhid Süleymaniyə qarşı terrorda 7 dövlət iştirak edib

Story Code : 1001073
Şəhid Süleymaniyə qarşı terrorda 7 dövlət iştirak edib
SəhərAzəri-nin məlumatına əsasən,  İranın Məhkəmə Hakimiyyətinin beynəlxalq məsələlər üzrə rəsmisi Kazim Qəribabadi son açıqlamasında deyib. Onun sözlərinə görə, biri ərəb dövləti olmaqla yeddi dövlətin adamlarının general Qasim Süleymaninin terrora məruz qalmasında rolu olub.

Qəribabadi mərhum şəhid Qasim Süleymaninin terrora məruz qalması ilə bağlı İranda və İraqda aparılan məhkəmə araşdırmaları işinin son nəticələrini açıqlayarkən qeyd edib ki, bu cinayətdə yeddi dövlətin adamlarının əli olması müəyyən edilib.

“ABŞ-dan əlavə Britaniya, Almaniya, İordaniya və digər dövlətlərin bu işdə əli olan adamları müəyyənləşdirilib”, deyə İran rəsmisi qeyd edib ki, cinayətlə bağlı məhkəmə işi İranda, İraqda və beynəlxalq müstəvidə aparılır.

İran rəsmisi həmçinin bildirib ki, cinayətin hüquqi və məhkəmə müstəvisində araşdırılması həm də İranla İraqın əməkdaşlığı formatında aparılır.

Qəribabadi əlavə edib ki, 1,500 səhifədən ibarət araşdırma yeddi dövlətə göndərilib və yalnız İraq bu məsələ ilə bağlı əməkdaşlıq edir.