QR CodeQR Code

Zelenski Gürcüstan, Slovakiya və Portuqaliyadakı səfirlərini istefaya göndərib

25 Jun 2022 17:00

İslamTimes: Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Gürcüstan, Slovakiya, İran və Portuqaliyadakı fövqəladə və səlahiyyətli səfirlərini istefaya göndərib. Müvafiq fərman Ukrayna prezidentinin saytında dərc olunub.


SalamNews “Gazeta.ru”ya istinadən xəbər verir ki, sənəddə Portuqaliya, Slovakiya, Yeni Zelandiya və Livana yeni səfirlərin təyinatından da bəhs edilir.

Bildirilir ki, Zelenski diplomatları fəaliyyət göstərdikləri ölkələrin hakimiyyətlərini anti-Rusiya sanksiyalarına qoşulmağa inandıra bilmədikləri üçün və qeyri-məhsuldar işlərinə görə istefaya göndərmək qərarına gəlib.

Bundan əvvəl bildirilib ki, Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu qeyri-peşəkarlığına görə, həmçinin Rusiya hərbi xüsusi əməliyyatının başlamasından sonra qurumun bəzi yüksək rütbəli əməkdaşlarının öz vəzifələrini tərk etdiklərinə görə, işdən çıxarılmasını planlaşdırır.


Story Code: 1001078

News Link :
https://www.islamtimes.org/az/news/1001078/zelenski-gürcüstan-slovakiya-və-portuqaliyadakı-səfirlərini-istefaya-göndərib

Islam Times
  https://www.islamtimes.org