0
Sunday 26 June 2022 - 09:15

"Rusiya layihəni maliyyələşdirməyə hazırdır"

Story Code : 1001207
"Rusiya layihəni maliyyələşdirməyə hazırdır"
SəhərAzəri-nin məlumatına əsasən, iranlı nazir deyib ki, Rusiya Rəşt-Astara dəmir yolu layihəsinin tamamlanması üçün onu maliyyələşdirməyə hazır olduğunu bildirib".

O qeyd edib ki, Rəşt-Astara dəmir yolu xəttini yerli maliyyə vəsaiti hesabına tamamlamaq haqqında qərar qəbul edilib, lakin bununla yanaşı Rusiya ilə də bu haqda müzakirələr aparılıb: "Rusiya rəsmiləri İrana son səfərləri zamanı ciddi şəkildə bu layihəyə qoşulmaq istədiklərini bildirdilər".

O qeyd edib ki, ötən 3 ay ərzində Şimal-Cənub Dəhlizinin potensialından 30 faiz istifadə olunub: "Yüklər Asiyanın cənub- şərqindən Bəndər-Abbas, sonra Əmirabad limanına, daha sonra isə digər bölgələrə, o cümlədən Rusiyaya nəql olunub."

Astara gömrüyündə sıxlığın olduğunu və İranın bu gömrüyü genişləndirmək niyyətində olduğunu deyən Rza Fatimiəmin bildirib ki, Astara sərhəd-keçid məntəqəsindən keçmək üçün müraciətlər çoxdur, yük maşınları sərhəddə çox gözləyir və sərhəd 3 növbədə işləyir: “Biz Astara sərhəd-keçid məntəqəsini genişləndirmək niyyətindəyik. Görəcəyimiz işlərdən biri də körpünün yenilənməsidir."

İranın sənaye, mədənlər və ticarət naziri sonda deyib ki, Azərbaycan ilə iqtisadi əlaqələrin inkişafı üçün ən yaxşı yol müştərək investisiyalardır: “Buna görə də azərbaycanlı iş adamlarının İranın sənaye şəhərciklərində və ölkənin digər bölgələrində müştərək sərmayə yatırmalarını alqışlayırıq”.