QR CodeQR Code

Fələstin Müqaviməti Tel-Əvivlə əməkdaşlığı qınayıb!

إسلام تايمز , 26 Jun 2022 11:38

İslamTimes: Fələstin Müqaviməti Ramallahın Tel-Əvivlə təhlükəsizlik sahəsində əməkdaşlığını qınayıb


Fələstin Müqavimət qrupları işğalçı İsrailin göstərişləri əsasında Fələstin Muxtar Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən davam edən siyasi həbsləri və fələstinlilərin evlərinə hücumları qınayıblar.

Bu barədə Fələstin müqavimət qrupları öz bəyanatlarında vurğulayıblar ki, siyasi həbslər və fələstinlilərin evlərinə hücumların davam etdirilməsi işğalçı rejim və onun maraqlarına xidmət edən qeyri-milli bir hərəkətdir.

Fələstin Müqaviməti işğalçı sionist rejimi tərəfindən təlimatlandırımış Fələstin Administrasiyasının təhlükəsizlik qüvvələrinin Müqavimət üzvlərinin həbsinə yönəlmiş hərəkətlərini pisləyiblər.

Fələstin qrupları bildirib ki, Fələstin Administrasiyası siyasi həbsləri tənqid edən əl-Əqsa məscidinin xətibi Şeyx İkrimə Səbriyə qarşı böhtan siyasətindən istifadə edir. Onlar siyasi həbsləri qınayan bu şəxsin səsini boğmağa cəhd edirlər.


Story Code: 1001213

News Link :
https://www.islamtimes.org/az/news/1001213/fələstin-müqaviməti-tel-əvivlə-əməkdaşlığı-qınayıb

Islam Times
  https://www.islamtimes.org