0
Sunday 26 June 2022 - 19:04

Rusiya "Kalibr" raketləri ilə Ukrayna qoşunlarının təlim mərkəzlərinə zərbə endirib

Story Code : 1001252
Rusiya "Kalibr" raketləri ilə Ukrayna qoşunlarının təlim mərkəzlərinə zərbə endirib
APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ötən sutka ərzində Rusiya hava kosmik Qüvvələrinin yüksək dəqiqlikli silahları və “Kalibr” raketləri Çerniqov vilayətindəki Desna yaşayış məntəqəsi yaxınlığındakı quru qoşunlarının 169-cu təlim mərkəzinin ərazisinə, Jitomir vilayətinin Teterevka rayonundakı hava desant-hücum qoşunlarının 199-cu təlim mərkəzinə, eləcə də Lvov vilayətinin Starıçi rayonunda Ukrayna silahlı qüvvələrinin 184-cü təlim mərkəzinə kütləvi zərbə endirib. Zərbə nəticəsində poliqonlarda təlimləri başa vuran Ukrayna qoşunlarının strateji ehtiyatlarından olan 65, 66-cı motoatıcı briqadaları və 46-cı aeromobil briqadası döyüş qabiliyyətini tamamilə itirib.


“Beləliklə, bu birləşmələrin döyüş bölgəsinə planlaşdırılmış köçürülməsi pozulub”, - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.