QR CodeQR Code

Husilər Yəməndə atəşkəsin pozula biləcəyi haqda xəbərdarlıq ediblər

27 Jun 2022 09:39

İslamTimes: Husilər Yəməndə üçüncü aya daxil olan atəşkəs rejiminin müddətinin artırılmayacağı barədə Səudiyyə Ərəbistanı koalisiyasına xəbərdarlıq ediblər.


SalamNews əl-Məsira telekanalına istinadən xəbər verir ki, bu barədə husilərin dəstəklədiyi “Milli Qurtuluş Hökuməti”nin rəsmisi Hüseyn əl-İzzi deyib.

Yəmənin paytaxtı Sənadan iki ərəb dövlətinə uçuşlara Səudiyyə Ərəbistanı hərbi koalisiyası tərəfindən məhdudiyyətlərin qoyulduğunu deyən Hüseyn əl-İzzi növbəti dəfə atəşkəs rejiminin müddətinin artırılmayacağı barədə xəbərdarlıq edib.

“İndi Yəməndə 30 min vətəndaş uçuşlar üçün bilet almaq istəyir. Lakin Səudiyyə Ərəbistanı buna mane olur. Onlar beş saatlıq yolun yarım saat ərzində qət edilməsinə imkan vermirlər. İndi Yəməndə əlində silah olan bütün insanlar bu yəqinə çatıblar ki, körfəz ölkələri Qərblə birgə bilə- bilə Yəmən və əhalisini alçaldırlar. Ona görə atəşkəsin artırılması gözlənilmir”, deyə o əlavə edib.


Story Code: 1001363

News Link :
https://www.islamtimes.org/az/news/1001363/husilər-yəməndə-atəşkəsin-pozula-biləcəyi-haqda-xəbərdarlıq-ediblər

Islam Times
  https://www.islamtimes.org