QR CodeQR Code

ABŞ banan respublikasına çevrilir - Qabbard

27 Jun 2022 09:55

İslamTimes: Amerika hakimiyyətinin hazırkı davranışı diktatura rejiminə malik banan respublikalarına daha uyğundur.


Axar.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə keçmiş namizəd Tulsi Qabbard deyib.

Onun fikrincə, Amerika hüquq-mühafizə sistemi getdikcə daha çox siyasiləşir və faktiki olaraq hakimiyyət tərəfindən opponentlərlə mübarizə aparmaq üçün silah kimi istifadə olunur:

"Bu cür epizodlar qanunun aliliyinə xələl gətirir və hakimiyyətin uzaqgörənliliyinin olmamasında xəbər verir. Hakimiyyət nəyin bahasına olursa-olsun iqtidarda qalmaq istəyir. Məncə, bu, diktaturalarda, banan respublikalarında müşahidə oluna bilən mənzərədir. Biz bunun qarşısını almalıyıq".

O, indiki rəhbərliyə konstitusiyanı pozmamağın vacibliyini xatırladıb:

"Düzünü desəm, bəzi demokratlardan daha təhlükəli bir ifadə eşitdim. Onlar düşünürlər ki, Amerikanı xilas etmək naminə hər şeyi etməlidirlər. Və bu, təhlükəli düşüncə tərzidir. Bu mövqe diktaturanın əlamətidir. Bu cür fikirlərə malik siyasətçilər Amerika demokratiyasına zərbə vurur və ölkəni məhv edirlər".


Story Code: 1001365

News Link :
https://www.islamtimes.org/az/news/1001365/abş-banan-respublikasına-çevrilir-qabbard

Islam Times
  https://www.islamtimes.org