0
Monday 27 June 2022 - 12:32

Moskva: Qərb Ukraynada münaqişənin bitməsini istəmir!

Story Code : 1001376
Moskva: Qərb Ukraynada münaqişənin bitməsini istəmir!
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Qərb ölkələrinin Ukraynada müharibənin davam etməsi üçün mümkün olan hər şeyi etdiklərini bildirib.
Rusiya XİN sözçüsü Ukrayna böhranında, Qərb ölkələrinin təxribatçı mövqeləri və müdaxilələri barədə də danışıb.
“Tass” xəbər agentliyinin məlumatına görə, Mariya Zaxarova “Rusiya-1” televiziyasına müsahibəsində deyib ki, Qərb Ukraynada münaqişənin mümkün qədər uzun müddət davam etməsi üçün bütün variantlara əl atır.
Müxbir Mariya Zaxarovaya Ukraynadakı müharibədə ABŞ və Britaniya vətəndaşlarının olub-olmadığı haqda və Qərb ölkələrinin bu mövzu ilə əlaqədar Rusiya ilə müzakirə aparıb-aparmadığı haqda sual ünvanlayıb.
Rusiya rəsmisi bildirib ki, Qərb ölkələri Ukraynadakı muzdluları ilə bağlı suallara cavab verməkdən yayınırlar. Onlar Ukraynadakı fəaliyyətləri haqqında heç bir qaranlıq məqama aydınlıq gətirmək istəmirlər.