0
Monday 27 June 2022 - 12:56

HƏMAS: Bayden sionist rejimin təhlükəsizliyini dəstəkləmək üçün məntəqəyə gəlir

Story Code : 1001378
HƏMAS: Bayden sionist rejimin təhlükəsizliyini dəstəkləmək üçün məntəqəyə gəlir
O, Əl-Cəzirə telekanalına müsahibəsində deyib ki, ABŞ hökuməti barışıq prosesini canlandırmaq üçün ciddi səy göstərmir.

Əl-Nunu Fələstinin bütün tarixi sərhədləri ilə birlikdə Fələstin xalqına məxsus olduğunu, işğalçı rejimin Fələstin torpaqlarının bir qarışında belə haqqı olmadığını bəyan edib.

O, həmçinin bildirib ki, işğalçı rejim HƏMAS tərəfindən saxlanılan əsirlərin azad edilməsi üçün Müqavimətin şərtlərini qəbul etməlidir.

HƏMAS üzvü sionist rejimin region üçün düşməndən başqa bir şey olmadığını və bəzi ərəb ölkələrinin işğalçı İsrail rejimi ilə hərbi ittifaqının Fələstin məsələsinin zərərinə olduğunu deyib. Bu rejimlə münasibətlərin normallaşması Fələstin məsələsi və məntəqədə sülh istəyən ölkələrin zərərinədir deyə, o bildirib.

HƏMAS ilə heç bir ərəb ölkəsi arasında heç bir ixtilaf yoxdur və HƏMAS Fələstin Azadlıq Təşkilatını əvəz etməyə çalışmır, amma təşkilatın hazırkı rəhbərliyi də müqavimət qrupları ilə tərəfdaşlığa inanmır.