QR CodeQR Code

Ankara: İrana qarşı sanksiyalar ədalətsizdir

إسلام تايمز , 28 Jun 2022 00:43

İslamTimes: Bazar ertəsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Fələstin və Qüds məsələsi Türkiyə üçün olduqca önəmli məsələdir və bundan heç zaman əl çəkməyəcək.


O, Ankarada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə birgə mətbuat konfransında deyib:

"İrana qarşı tətbiq edilən sanksiyalar ədalətsizdir və ümid edirik ki, beynəlxalq ictimaiyyət Tehranla razılığa gələcək”.

O əlavə edib:

“Biz İrana qarşı sanksiyaları dəstəkləmirik və onları düzgün hesab etmirik. Ümid edirik ki, İranla 4+1 arasında nüvə razılaşması əldə olunacaq."

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib Mövlud Çavuşoğluna səmimi qonaqpərvərliyinə görə təşəkkür edib və vurğulayıb:

"Dəfələrlə qeyd etdiyimiz kimi, İran İslam Respublikasının qonşuluq prinsipləri çərçivəsində İran-Türkiyə əlaqələrinin inkişafı və dərinləşməsi cənab Rəisi hökumətinin gündəmində olan ciddi məsələlərdəndir. İran İslam Respublikası Türkiyənin təhlükəsizliyini İran İslam Respublikasının təhlükəsizliyi hesab edir. Biz region, dost və qardaş Türkiyə üçün xeyirdən başqa bir şey istəmirik..."


Story Code: 1001505

News Link :
https://www.islamtimes.org/az/news/1001505/ankara-irana-qarşı-sanksiyalar-ədalətsizdir

Islam Times
  https://www.islamtimes.org