0
Tuesday 28 June 2022 - 09:34

ABŞ-da 46 miqrantın cəsədi aşkar edilib

Story Code : 1001578
ABŞ-da 46 miqrantın cəsədi aşkar edilib
APA xəbər verir ki, bu barədə yerli KSAT Televiziyası məlumat yayıb.

Miqrantların cəsədi böyük avtomobil qoşqusunda tapıllıb. Nəqliyyat vasitəsində sağ qalan 16 nəfər xəstəxanaya yerləşdirilib.

Miqrantların ölüm səbəbi dəqiq məlum olmasa da, bəzi KİV onların şiddətli istidən öldüyünü iddia edir.