0
Tuesday 28 June 2022 - 20:05

Conson hesab edir ki, iş Rusiya ilə NATO arasında müharibəyə gəlib çatmayacaq

Story Code : 1001659
Conson hesab edir ki, iş Rusiya ilə NATO arasında müharibəyə gəlib çatmayacaq
Baş nazir bu barədə britaniyalı jurnalistlərə müsahibəsində bildirib. "Vəziyyətin birbaşa toqquşmaya çatacağını düşünmürəm. Təbii ki, biz hər şeyi edirik ki, məsələ Ukrayna ilə məhdudlaşsın”, - Conson krallığın Rusiya ilə müharibəyə hazırlaşıb-hazırlanmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Salamnews "TASS"a istinadən xəbər verir ki, onun sözlərinə görə, krallıq “təhlükələr dəyişdikdə” müdafiə xərclərini artırmalıdır.