QR CodeQR Code

Conson hesab edir ki, iş Rusiya ilə NATO arasında müharibəyə gəlib çatmayacaq

28 Jun 2022 20:05

İslamTimes: Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya ilə NATO arasında münasibətlərdə vəziyyətin birbaşa toqquşmaya çatacağına şübhə edir, lakin Rusiya Federasiyasından güman edilən artan təhlükəyə cavab verməyi zəruri hesab edir.


Baş nazir bu barədə britaniyalı jurnalistlərə müsahibəsində bildirib. "Vəziyyətin birbaşa toqquşmaya çatacağını düşünmürəm. Təbii ki, biz hər şeyi edirik ki, məsələ Ukrayna ilə məhdudlaşsın”, - Conson krallığın Rusiya ilə müharibəyə hazırlaşıb-hazırlanmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Salamnews "TASS"a istinadən xəbər verir ki, onun sözlərinə görə, krallıq “təhlükələr dəyişdikdə” müdafiə xərclərini artırmalıdır.


Story Code: 1001659

News Link :
https://www.islamtimes.org/az/news/1001659/conson-hesab-edir-ki-iş-rusiya-ilə-nato-arasında-müharibəyə-gəlib-çatmayacaq

Islam Times
  https://www.islamtimes.org