0
Tuesday 28 June 2022 - 21:01

NATO Baş katibi: “Çin və Rusiya heç vaxt olmadığı qədər yaxınlaşıb”

Story Code : 1001671
NATO Baş katibi: “Çin və Rusiya heç vaxt olmadığı qədər yaxınlaşıb”
APA xəbər verir ki, bunu Baş katib Yens Stoltenberq NATO Sammiti çərçivəsində İctimai Forum - İqlim və Təhlükəsizlik üzrə Yüksək Səviyyəli Dialoqda bildirib.

“Təəssüf ki, Çin NATO ilə, Qərblə bağlı yanlış narrativlər yayır. İndi Çin və Rusiya heç vaxt olmadığı qədər yaxınlaşıb. Biz fevralın əvvəlində Çin və Rusiya liderlərinin ortaq bəyanatını gördük. Bu bəyanatda biz Çinin NATO-nun genişlənməsinə və alyansa qarşı əks mövqedə olduğunu gördük”, - Baş katib əlavə edib.