QR CodeQR Code

Kanadada atışmada iki nəfər ölüb, 6 polis əməkdaşı yaralanıb

29 Jun 2022 08:45

İslamTimes: Kanadanın Saaniç şəhərində bank qarətçiləri ilə polis arasında atışma olub.


APA “Reuters“ agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 6 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, iki şübhəli məhv edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, silahlı şəxslərin içəri daxil olması barədə məlumat verdikdən sonra bir neçə polis banka gəlib və hücum edənlər hadisə yerində onlara atəş açıblar.

“İki şübhəli polis tərəfindən güllələnərək hadisə yerində öldürülüb. Böyük Viktoriya Fövqəladə Hallar Qrupunun 6 üzvü güllə yarası alıb və xəstəxanaya yerləşdirilib”, - deyə açıqlamada bildirilir.

Polis əlavə edib ki, yaxınlıqdakı avtomobildə partlayıcı qurğunun olması ehtimalı səbəbindən evlər və iş yerləri boşaldılıb.


Story Code: 1001750

News Link :
https://www.islamtimes.org/az/news/1001750/kanadada-atışmada-iki-nəfər-ölüb-6-polis-əməkdaşı-yaralanıb

Islam Times
  https://www.islamtimes.org