0
Wednesday 29 June 2022 - 09:45

İran G7 ölkələrinin yekun bəyanatına etiraz edib

Story Code : 1001753
İran G7 ölkələrinin yekun bəyanatına etiraz edib
SalamNews Mehr-ə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin yeni mətbuat katibi Nasir Kənani deyib.

O, bildirib ki, G7 ölkələrinin dövlət başçılarının bəyanatının bir qismi İranın əleyhinə tərtib edilib və bu şiddətlə qınanılır.

“Bu bəyanat, onu verən ölkələrin adət etdikləri xətalı, əsassız, ədalətsiz rəftarından, faydasız və iflasa uğramış siyasi təzyiqlərindən irəli gəlir. Bu siyasətin əsas nəticəsi nüvə sazişinin icra edilməsində ləngimələr yaratmaq, sanksiyaların aradan qaldırılmasındakı danışıqlara zərər vurmaq və Fars Körfəzində təhlükəsizliyə qarşı bəyanatdır”, deyə İran rəsmisi əlavə edib.

O bildirib ki, G7 dövlətləri ABŞ-ın nüvə sazişindən birtərəfli qaydada çıxmasını, BMT-nin 2231-ci qətnaməsinin Vaşinqton tərəfindən pozulması və onun tərəfindən sanksiyaların tətbiqini bilə bilə görməzdən gəlirlər.

Qeyd edək ki, G7 dövlətlərin son bəyanatında bildirilib ki, İran nüvə silahını əldə etməməli və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam şəkildə əməkdaşlıq etməlidir. Burada ABŞ-ın nüvə sazişindən birtərəfli qaydada çıxması barədə heç nə yer almayıb.