Çin: NATO təxribat xarakterli hərəkətlərdən çəkinməlidir
Story Code : 1001761
Çin NATO-nu Çinə qarşı yalan məlumat və təxribat xarakterli bəyanatlar dərc etməyi dərhal dayandırmağa çağırıb. Çin bildirib ki, NATO Avropada gərginliklər yaratdıqdan sonra, hazırda Asiya-Sakit Okean regionunu və bütün dünyanı xaosa sürükləmək niyyətindədir.
O əlavə edib ki, Çin xarici siyasəti sülh əsasında qurulub, başqa ölkələrin daxili işlərinə müdaxilə olunmur. Rəsmi Pekin (Qərb ölkələri kimi) digər ölkələrə birtərəfli sanksiyalar da tətbiq etmir!