0
Wednesday 29 June 2022 - 11:05

Rusiya qazının kəsilməsi səbəbilə 5,5 milyondan çox alman işsiz qalıb

Story Code : 1001764
Rusiya qazının kəsilməsi səbəbilə 5,5 milyondan çox alman işsiz qalıb
Bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb. Rusiya qazının kəsilməsi 600 milyon insanıv işsiz qalmasına və Almaniyanın yerli istehsalının 12 faiz azalmasına səbəb olacaq.

Almaniya qazla bağlı böhranlı vəziyyətə hesablanmış yeni planında, Rusiya qazının tədarükünün azalması səbəbindən fövqəladə vəziyyətin səviyyəsini artırıb.

Bununla bağlı Macarıstanın xarici işlər naziri Peter Siarto bildirib ki, o, Rusiyadan qaz idxalına qadağa qoyulması ilə bağlı danışıqlara hazır deyil, çünki bu, ölkə iqtisadiyyatını məhv edəcək.

Siarto Aİ enerji nazirlərinin görüşündən əvvəl bildirib ki, Aİ-də qaz alışı üçün istənilən çərçivədə iştirak könüllü olmalıdır.

Qərbin Rusiyanın enerji sektoruna qarşı sanksiyaları bütün dünyada enerji qiymətlərini artımasına səbəb oldu. Həmçinin, Rusiya neft ixracının azalmasına baxmayaraq, bu ölkənin neft üzərindən gəlirləri artıb.