0
Wednesday 29 June 2022 - 11:46

İsrail daha bir gənci qətlə yetirdi

Story Code : 1001766
İsrail daha bir gənci qətlə yetirdi
İordan çayının qərb sahilindəki Cenin şəhərindən olan 23 yaşlı Məhəmməd Tahir Mari bu səhər sionist əsgərlərlə toqquşmada ağır yaralandıqdan sonra şəhid olub.

Məhəmməd Tahir Mari bir neçə gün əvvəl sionist hərbçiləri tərəfindən şəhid edilmiş Bəra Ləhluhun əmisi oğludur.

Fələstin mənbələrinin verdiyi məlumata görə, Cenin şəhərinin bir neçə məhəlləsində bu gün baş verən silahlı qarşıdurmalarda daha bir fələstinli yaralanıb.

Sionist rejim qüvvələri dünən gecə Fələstin nömrə nişanlı avtomobillərdən istifadə edərək Cenin düşərgəsinə daxil olublar. Onlar bir neçə evi mühasirəyə alaraq dinc əhalini sorğu-suala çəkiblər. Elə qarşıdurmalar da sionist rejim hərbçilərinin qanunsuz hərəkətlərindən sonra baş verib.