0
Wednesday 29 June 2022 - 19:55

Rəisi: “Azərbaycan Prezidentinin Tehrana, mənim də Bakıya səfər etmək planlarımız var”

Story Code : 1001809
Rəisi: “Azərbaycan Prezidentinin Tehrana, mənim də Bakıya səfər etmək planlarımız var”
APA xəbər verir ki, bunu iyunun 29-da Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə deyib.


“Lakin bizim belə platformalardan istifadə edib görüş keçirməyimiz də münasibətlərimizin inkişafına kömək edir. İki ölkə arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur. Hesab edirəm ki, biz münasibətlərimizdə olan bir çox potensialdan tam istifadə edə bilməmişik. Düşünürəm ki, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdən daha da inkişaf etdirilə bilər”, - İran lideri vurğulayıb.