QR CodeQR Code

Ukrayna Suriya ilə diplomatik əlaqələrini dayandırıb

30 Jun 2022 07:45

İslamTimes: Suriya hökumətinin “Donetsk Xalq Respublikası” və Luqansk Xalq Respublikası”nı tanımasından sonra Kiyev rəsmi DƏməşqlə diplomatik əlaqələrini dayandırıb.


SalamNews RT-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimr Zelenski ötən axşam etdiyi çıxışında deyib.

O bildirib ki, Suriya hökumətinin “DXR” və “LXR”-nı tanımasına görə bu ölkə ilə diplomatik əlaqələr tamamilə dayandırılıb.

Zelenski əlavə edib ki, Suriya hökuməti və onun müttəfiqi Rusiyaya beynəxalq təzyiqlər daha da artacaq.

Qeyd edək ki, rəsmi Dəməşq “DXR” və “LXR”-i tanıyan ilk dövlətdir.


Story Code: 1001902

News Link :
https://www.islamtimes.org/az/news/1001902/ukrayna-suriya-ilə-diplomatik-əlaqələrini-dayandırıb

Islam Times
  https://www.islamtimes.org