0
Thursday 30 June 2022 - 09:31

Rusiya Sionist rejimin Suriyaya hücumlarının qeyd-şərtsiz dayandırılmasını tələb edib

Story Code : 1001909
Rusiya Sionist rejimin Suriyaya hücumlarının qeyd-şərtsiz dayandırılmasını tələb edib
Rusiyanın BMT-dəki nümayəndəsinin müavini bildirib ki, Qərb müvəqqəti sionist rejimin Dəməşq Beynəlxalq Hava Limanına hava hücumlarını pisləyən Təhlükəsizlik Şurasının bəyanatının qarşısını alıb. Bu bəyanat Rusiya tərəfindən hazırlanmışdı.

Polyanski deyib: "Mətbuat üçün hazırladığımız Təhlükəsizlik Şurasının bəyanatı Qərb nümayəndə heyətinin siyasi və qərəzli mövqeləri səbəbindən bloklandı. Buna görə təəssüf edirik."

Rusiyalı diplomat əlavə edib: “Biz dönə-dönə əmin oluruq ki, sizin siyasi yanaşmalarınız prinsiplərinizdə öz əksini tapır”.

RİA Novosti-nin məlumatına görə, hazırlanan bəyanatda iyunun 10-da İsrailin Dəməşq Beynəlxalq Hava Limanına endirdiyi hava zərbələri pislənilib.

Qərb dövlətlərinin Suriyadakı terrorçulara dəstəyini davam etdirdiyini deyən rusiyalı diplomat, Qərbin terrorçulardan öz geosiyasi məqsədləri üçün istifadə etməyə çalışdıqlarını qeyd edib.

Polyanski deyib: “Suriyada vəziyyət hələ də gərgindir və buna səbəb Dəməşqin nəzarəti altında olmayan ərazilərdə sığınacaq tapmış çox sayda terrorçulara dəstəyin davam etməsidir..."

O əlavə olaraq qeyd edib: “Suriyanın suverenliyini bərpa etmək üçün bu ölkənin ərazi bütövlüyünü pozan xarici qoşunların qeyri-qanuni mövcudluğuna son qoyulmalıdır, habelə İsrailin hava hücumları qeyd-şərtsiz dayandırılmalıdır!”