0
Thursday 30 June 2022 - 20:21

"Finlandiya və İsveçə NATO kontingentinin yerləşdirilməsinə biganə qalmayacağıq"

Story Code : 1002025
"Finlandiya və İsveçə NATO kontingentinin yerləşdirilməsinə biganə qalmayacağıq"
Rusiya prezidenti xəbərdarlıq edib ki, İsveç və Finlandiyada NATO-nun hərbi infrastrukturunun yerləşdirilməsi vəziyyətində Rusiya onlara biganə qalmayacaq və cavab verəcəkdir.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Aşqabad hava limanında Xəzər sammitinin yekunlarına dair keçirilən mətbuat konfransı zamanı belə deyib.

Rusiya lideri qeyd edib ki, Rusiya Federasiyasının İsveç və Finlandiya ilə NATO-ya üzv olacağı təqdirdə Moskvanı narahat edə biləcək heç bir problemi yoxdur.

“...Bizim Finlandiya və İsveçin NATO-ya üzvlüyü baxımından narahat olacağımıza heç bir əsas yoxdur. Əgər onlar NATO-ya üzv olmaq istəyirlərsə, buyursunlar. Yalnız onlar aydın şəkildə başa düşməlidirlər ki, əvvəllər onlara qarşı heç bir təhlükə yox idi. İndi isə ora hərbi kontingentlər və infrastruktur yerləşdirilsə, biz cavab verməli və təhdidlərin yarandığı ərazilər üçün eyni təhlükələri yaratmalı olacağıq”.

Qeyd edək ki, Finlandiya və İsveçin üzvlük üçün müraciətlərinə Madrid sammitində baxılıb və hər iki baltik ölkəsi rəsmən alyansa dəvət olunub.

Putin: "Finlandiya və İsveçə NATO kontingentinin yerləşdirilməsinə biganə qalmayacağıq"