QR CodeQR Code

Makron Putinlə yeni danışıqları istisna etməyib

30 Jun 2022 22:00

İslamTimes: Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə yeni danışıqları istisna etməyib və lazım gəldikdə dialoqa həmişə hazır olduğunu deyib.


SalamNews "TASS"a istinadən xəbər verir ki, Madriddə NATO sammitindən sonra keçirilən mətbuat konfransında Fransa lideri qeyd etdiyinə görə, o, Rusiya prezidenti ilə Amerika lideri Co Baydendən daha çox danışır.

"Rusiya prezidenti ilə müzakirələrimizin intensiv olması normaldır. Mən həmişə Putinlə müzakirələrimi açıq aparıram və Ukrayna prezidenti Volodimir Zelenski, avropalı tərəfdaşlar və müttəfiqlərlə koordinasiyanı saxlayıram", deyə Makron bildirib.


Story Code: 1002033

News Link :
https://www.islamtimes.org/az/news/1002033/makron-putinlə-yeni-danışıqları-istisna-etməyib

Islam Times
  https://www.islamtimes.org