QR CodeQR Code

Finlandiya: Türkiyənin razılığı üçün qanunlarımızı dəyişməyəcəyik

إسلام تايمز , 2 Jul 2022 09:42

İslamTimes: Finlandiyanın xarici işlər naziri Pekka Havisto bildib ki, ölkəsinin qanunlarındakı dəyişikliklərlə heç vaxt razılaşmayacağını və Türkiyənin ciddi səbəblər olmadan onlara təslim olmasını istədikləri insanların təhvil verilməsinin mümkün olmadığını deyib.


O, Helsinkidə keçirilən mətbuat konfransından sonra polşalı həmkarı ilə müsahibədə deyib:
“Türkiyənin Finlandiyanın NATO-ya daxil olmasına razılıq verməsi şərti qanunlarımıza dəyişiklik etməkdirsə, Finlandiyanın belə bir güzəştə getməsi ehtimalı azdır”.

Havisto bildirib ki, Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli memorandumda qanunun dəyişdirilməsi kimi bir razılaşma yoxdur."Biz belə öhdəliklər götürməmişik və razılaşdırılmış hər şey kağız üzərində yazılıb".


Finlandiyanın xarici işlər naziri əlavə edib ki, Türkiyə terrorçu hesab etdiyi şəxsləri təhvil almaq üçün ciddi səbəblər göstərməli olacaq.

İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə bağlı suala cavabında Ərdoğan belə deyib:
“İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı işlər Türkiyə parlamentinin razılığı olmadan davam etməyəcək".


Story Code: 1002283

News Link :
https://www.islamtimes.org/az/news/1002283/finlandiya-türkiyənin-razılığı-üçün-qanunlarımızı-dəyişməyəcəyik

Islam Times
  https://www.islamtimes.org