QR CodeQR Code

ABŞ bu ölkədən çıxmasa, Rusiya ilə toqquşacaq

2 Jul 2022 10:39

İslamTimes: ABŞ və Rusiya Suriyada döyüş bölgəsində çox sıx təmasda olduqları üçün bir-biri ilə münaqişəyə girə bilər.


Axar.az xəbər verir ki, bu barədə “Nyusvik”in köşə yazarı Bonni Kristian yazır.

Köşə yazarının fikrincə, Şərqi Avropada böhran və ölkələr arasında konfliktin güclənməsi müharibə risklərini xeyli artırır.

"Bu, hətta şahinləri də qorxudan bir fikirdir, çünki Vaşinqton və Moskvanın nüvə arsenalları dünyanı dəfələrlə məhv etməyə kifayət edər", - deyə müəllif xatırladıb.

Kristianın fikrincə, bu vəziyyətdə hər hansı anlaşılmazlıq barıt çəlləyinin fitilinin yanmasına gətirib çıxaracaq.

Jurnalist qeyd edib ki, müharibə riski amerikalıların Suriyadan tamamilə çıxarılmasının köməyi ilə aradan qaldırıla bilər.


Story Code: 1002288

News Link :
https://www.islamtimes.org/az/news/1002288/abş-bu-ölkədən-çıxmasa-rusiya-ilə-toqquşacaq

Islam Times
  https://www.islamtimes.org